Zəlzələlərin böyük dağıntılara səbəb olduğu Kahramanmaraşda vətəndaşlar cümə namazı üçün məscid kimi istifadə edilən çadırın içində və ətrafında namaz üçün yer alıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, yüzlərlə insan zəlzələdə ölən və yaralananlar üçün dua edib. Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki böyük zəlzələ minlərlə binanı dağıdıb, həmçinin şəhərin müxtəlif yerlərində məscidlərə ziyan vurub. Dini vəzifələrini yerinə yetirmək istəyənlər üçün məscidlərin yaxınlığında çadır məscidləri qurulub. İlk cümə gününü çöldə keçirən vətəndaşlar çadır məscidləri quraraq ikinci cümə namazını bu yerlərdə qılıblar.