Türkiyə üçün verlişdə 89 milyon avro toplanıb

17 Fevral 2023 16:06 (UTC+04:00)

Hollandiyada Türkiyədə zəlzələdən zərər çəkənlərə kömək məqsədilə televiziya və radio kanallarının birgə yayımı ilə təşkil edilən “Giro555” adlı kampaniyada 89 milyon avro toplanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yayımda türkiyəli məşhur ifaçılar Karsu Dönməz və Hadisə də yer alıb. Həmçinin Hollandiya hökuməti də əlavə olaraq Türkiyəyə 10 milyon avro ianə edib.