“Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası intensiv şəkildə həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, təsdiq olunmuş böyük qayıdış proqramına uyğun olaraq artıq növbəti 3 il ərzində Qarabağda və Şərqi Zəngəzurda 40 min ailənin məskunlaşması nəzərdə tutulub: “ Bu o deməkdir ki 2026-ci ilədək təxminən 160 min vətəndaşımız öz ata-baba yurdlarına qayıda biləcək. Yaşayış məntəqələrinin müasir standartlara uyğun olaraq qurulması, həm infrastrukturun yenilənməsi, ondan xəbər verir ki, məcburi köçkünlərimiz gözlədiyimiz vaxtdan daha tez öz ata-baba yurdlarına qayıtmaq imkanı qazanacaqlar. Qarabağda və Şərqi Zəngəzurda tətbiq edilən model digər bölgələrimiz üçün model rolunu oynayacaq və burada ağıllı kənd və şəhər prinsipinə uyğun olaraq idarəetmənin formalaşması imkan verəcək ki. bu gün Qarabağ və Şərqi Zəngəzurda yerli idarəetmədə tətbiq edilən yeni metodlar və texnologiyalar Azərbaycanın başqa bölgələrinə transfer oluna bilsin”.