“Türkiyədə baş verən zəlzələ hamımızı sarsıtdı. Azərbaycan hər zaman olduğu kimi öz həmrəyliyini əməli formada nümayiş etdirdi”. SİA xəbər verir ki, bu sözləri millət vəkili Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında qeyd edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin dediyi kimi Türkiyə ilə Azərbaycan "bir ürəkdir, bir candır": “Xalqımız hər bir fərdi imkanları daxilində onlara əhəmiyyətli yardımları davam etdirir. Türkiyənin mövcud iqtidarına qarşı ciddi kampaniya aparılır. Azərbaycandakı bəzi insanlar Türkiyədəki siyasi proseslərə müdaxilə edir. Türkiyə bizim qardaş ölkəmizdir. Lakin Türkiyədə fəaliyyət göstərən iqtidar partiyalarının fəaliyyətini onların öz vətəndaşları qiymətləndirə bilər. Azərbaycanlı vətəndaşlar Qərbin milli maraqlarını üstün tutmalıdır. Vətəndaşlarımızı bu cür məsələlərdə həssas olamağa çağırıram”.