"Rəqib komandanın hücum potensialı çox yaxşıdır". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov "Qarabağ" komandasının qələbəsi ilə bitən "Qarabağ" - "Gent" qarşılaşmasından sonra keçirilən mətbuat konfransında bildirib.
Qurban Qurbanov qeyd edib ki, onlar hücum zamanı bir-biriləri ilə yaxşı bir şəkildə əlaqə yarada bilirlər: "Bu səbəbdən biz biraz fərqli şəkildə oyun göstərmək istədik. Yeni oyunçuların performansından razıyam. Sadəcə müəyyən proseslər var ki, daha da yaxşı olacaq"