"Mən oyunun sıfır-sıfır bitməsini istəmirdim". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Gent" komandasının baş məşqçisi Heyn Vanhazebru Ağdam klubunun qələbəsi ilə bitən "Qarabağ"-"Gent" oyunundan sonra keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, "Qarabağ" komandası kimi onlarında şansları çox idi: "Rəqib komanda ikinci hissəyə daha çox hazırlıqlı çıxdı. Həmçinin rəqib komandanın əvəzedici oyunçuları ikinci hissədə daha uğurlu oldu. Biz isə daha çox gənc oyunçulara üstünlük verdik. Rəqib komandanın çox yaxşı ehtiyat oyunçuları var".