Bu gün Tofiq Bəhramov adına stadionunda "Qarabağ"-"Gent" qarşılaşması baş tutur.
SİA xəbər verir ki, matç Bakı vaxtı ilə 21:45-də start götürüb. Qarşılaşmadan öncə Türkiyədə və Suriyada baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və "Yanınızdayıq" adlı plakat açılıb.