İsmayıllıda “Heydər Əliyev İli” çərçivəsində tədbir təşkil olunub

16 Fevral 2023 19:20 (UTC+04:00)

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində İsmayıllıda Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Sonra “Heydər Əliyev İsmayıllıda” adlı fotosərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndərin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, partiya veteranı Yaşar Nuriyev, YAP Gənclər Birliyinin üzvü Azad Manaflı, şəhid Həsən Abdullayevin atası Aydın Abdullayev bildiriblər ki, “Heydər Əliyev İli” ilə əlaqədar partiya tərəfindən keçirilən tədbirlərdə deviz kimi istifadə olunan Ulu Öndərin “Nə qədər ki, Azərbaycan var, mən də varam” kəlamı müasir Azərbaycanın timsalında öz təsdiqini tapır və müdrik dövlət xadiminin ideyalarının əbədiyaşar olduğunu təsdiqləyir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Onun Azərbaycana rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı Fəxri fərmanla təltif edilib.

YAP sıralarına yeni qoşulmuş gənclərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.