Məşhur türkiyəli ifaçı 10 yaxın qohumunu itirib

16 Fevral 2023 16:57 (UTC+04:00)

Hollandiyada yaşayan məşhur türkiyəli ifaçı Karsu Dönməz 10-a yaxın qohumunu dəhşətli zəlzələ nəticəsində itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o Türkiyəyə yardım etmək məqsədi ilə Hollandiyada yardım üçün yayımlanan verlişlərin birində "Neredesin sen" mahnısını ifa edib. Hollandiyada yardım üçün təşkil olunmuş verlişdə 2 milyon türk lirəsi toplanılıb.