Rəqqasə Renka yeni biznes açdı

16 Fevral 2023 17:01 (UTC+04:00)

Azərbaycanlı məşhur rəqqasə Renka (Rəna Ağamuradova) yeni biznesə başlayıb. SİA xəbər verir ki, şou nümayəndəsi rəqs məktəbi açıb.

Ötən gün bununla bağlı açılış mərasimi təşkil edən rəqqasə tədbirə dostlarını, incəsənət üzvlərini də dəvət edib.

Bir neçə müəllimin fəaliyyət göstərəcəyi məktəbdə müxtəlif rəqs növləri tədris ediləcək.