“Qarabağ” bu gün UEFA Konfrans Liqasının 1/16 final mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq. Bəs oyun üçün indiyədək nə qədər bilet satılıb?

SİA-nın sorğusuna cavab olaraq "Qarabağ" futbol komandasının mətbuatla əlaqələr şöbəsinin rəhbəri Gündüz Abbaszadə bunları deyib: "Qarşılaşma üçün hazırkı vaxta qədər 25 min bilet satılıb. Stadionun tam dolması üçün 6 min bilet satışda qalıb".
Qeyd edək ki, matç Bakı vaxtilə saat 21:45-də başlayacaq.