Uşaqlarda ikinci ən çox ölüm səbəbi olan xəstəliklərdən biri xərçəngdir. Onun əlamətləri bir çox adi uşaqlıq xəstəliklərində də müşahidə oluna bilər. Bu, xəstəliyin erkən mərhələlərində diaqnoz və müalicəyə mane olduğu üçün əlamətlərə qarşı son dərəcə diqqətli olmaq lazımdır.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Şişlərdə erkən diaqnoz çox vacibdir
Uşaqlarda ən çox rast gəlinən xərçənglər: lösemilər, beyin şişləri, limfomalar, böyrək və adrenal boğaz şişləri, yumşaq toxuma şişləri, sümük şişləri, bəzi orqan şişləri və retinoblastoma, yəni göz şişləri.
Cəmiyyətdə leykozlarla bağlı məlumatlılıq yüksək olsa da, uşaqlıq şişlərinin 75%-ni təşkil edən bərk şişlərdə və limfomalarda daha azdır. Üstəlik, bu şişlərdə erkən diaqnoz çox vacibdir və buna görə də maarifləndirmə lazımdır.

Bu əlamətlərə diqqət edin!
Uşaqlıq xərçənginin xəbərdaredici əlamətləri ilə qarşılaşdıqda gecikmədən həkimə müraciət edilməlidir. Uşaqlarda xərçəngin 8 xəbərdaredici əlamətini aşağıdakı kimi sıralamaq olar:
1) Çürüklərin asan əmələ gəlməsi, diş ətində, burunda və dəridə təkrarlanan qanaxmalar
2) Səbəbi hələ müəyyən edilməmiş yorğunluq, bitkinlik və zəiflik
3) Baş ağrısı və səhər ürəkbulanma olmadan qusma ilə müşayiət olunur
4) Səbəbi olmayan və uzun müddət davam edən qızdırma
5) Pəhriz saxlamadan son altı ayda 10%-dən çox çəki itirmək
6) Boyun, qarın və ya bədənin hər hansı bir yerində şişkinlik
7) Sümüklərdə və oynaqlarda uzun müddət davam edən ağrılar
8) Körpələrdə və uşaqlarda "leykokoriya" adlanan pişik gözü görünüşü. Bu gün körpənin demək olar ki, hər anının fotoşəkilinin çəkildiyini nəzərə alsaq, göz şişi olan retinoblastomun erkən diaqnozu daha asan ola bilər. Şəkillərdə körpənin göz bəbəyi ağ rəngdədirsə, bu ciddi qəbul edilməli və araşdırılmalıdır.
Xərçəngin əlamətlərini uşaqlıq dövrü xəstəliklərinin əlamətləri ilə qarışdırmayın
Burada diqqət çəkən məqam odur ki, uşaqlarda görülən bəzi əlamətlər uşaqlıq çağında rast gəlinən xəstəliklərin əlamətləri ilə qarışdırılmamalıdır. Misal üçün, boyunda şişlərin əmələ gəlməsi yuxarı tənəffüs yollarının infeksiyasının əlamətidir. Ancaq ağlabatan müddətdə aradan qalxmazsa və ya antibiotiklərə cavab vermirsə, bu lösemi, lenfoma, neyroblastoma, tiroid xərçəngi və ya yumşaq toxuma şişi də ola bilər.
Qızdırma daha çox uşaqlarda infeksiyalara bağlı olsa da, gedişindən asılı olaraq lösemi, lenfoma, neyroblastoma səbəbiylə də baş verə bilər.
Adi uşaq xəstəliklərinin simptomları ilə qarışdırılan başqa bir ümumi simptom sümük ağrısıdır. Bu ağrılar daha çox böyüyən ağrılar kimi görünsə də, xüsusiyyətlərinə görə sümük şişi, lösemi, lenfoma və ya neyroblastoma səbəb ola bilər. Burada ən vacib məqam bu ümumi simptomların qeyri-adi xüsusiyyətlərini aşkar etmək və vaxtında müalicəyə başlamaqdır.

Baş ağrılarına və şişkinliyə diqqət yetirin
Uşaq xərçənginin başqa bir ümumi simptomu baş ağrılarıdır. Səhər təkrarlanan, uzanmış vəziyyətdə baş verən və şiddəti artan baş ağrıları şişin varlığını göstərir.
Qarın nahiyəsində şişkinlik, qızdırma, tualetə gedə bilməmə, sidiyin qanlı olması, qarın dərisində damarların görünməsi ilə müşayiət olunan qarın nahiyəsində ağrılar uşağın yaşından asılı olaraq müxtəlif qarın içi şişlərin əlaməti ola bilər. Uşaqlarda çimərkən və geyinərkən qarın şişkinliyi müşahidə edilərsə, qarın nahiyəsinə toxunduqda hər hansı sərtlik yaranarsa dərhal həkimə müraciət edilməlidir.
Uşaq onkoloquna gecikmədən müraciət edilməlidir
Qeyri-adi simptomlar halında uşaq onkoloquna müraciət edilməlidir. Xəstəliyin erkən diaqnozu onun daha qısa müddətdə və uğurla müalicə olunmasına imkan verəcək. Uşaqlıq xərçəngləri diaqnoz qoyulduğu andan ailə və uşaq üçün uzunmüddətli prosesin başlanğıcıdır.
Uşaq xərçəngi necə müalicə edilir?
Şişin növü və mərhələsinə görə dəyişsə də, yetkinlərdə olduğu kimi uşaq xərçənglərində də kimyaterapiya, cərrahiyyə və radioterapiya tətbiq edilir. Bəzi şişlərdə kök hüceyrə transplantasiyası gündəmə gələ bilər.
Uşaqlarda xərçəngə daha çox rast gəlinir
Uşaq onkoloqlarının verdiyi məlumata görə, uşaqlıq xərçənglərinin müalicəyə reaksiyası və xərçəngdən sağalma nisbətləri böyüklərə nisbətən daha yaxşıdır. Bundan əlavə, kimyaterapiya kimi yüksək yan təsir profili olan müalicələrə uşaqlar böyüklərdən daha davamlıdırlar.
Mütəxəssislər bunu uşaqlarda hüceyrənin intensiv və sürətli yenilənməsi, xərçənglə müşayiət olunan ürək, böyrək, qaraciyər, xəstəliklər və orqan zədələnmələrinin olmaması ilə əlaqələndirirlər. Beləliklə, uşaqlar daha yüksək dozada kimyaterapiyaya dözür, hüceyrələr daha asan bərpa olunur və yan təsirlər daha tez geri qayıdır.
Kəskin leykemiya uşaqlıqda ən çox rast gəlinən xərçəngdir. Sonra böyrəküstü vəzi, böyrək, yumşaq toxuma və sümük şişləri gəlir. Uşaqlarda göz və qaraciyər şişləri daha az, dəri şişləri isə çox nadirdir.
Onkoloq-cərrah İbrahim Əsədli: "Uşaqlar arasında yayılmış ən böyük onkoloji xəstəliklər neyroendokrin və qan xəstəlikləridir. Müalicəsi də o dərəcədə effektlidir ki, düzgün molekulyar genetik əsaslıq tapılsın. Amma biz hesab edirik ki, onkoloji xəstəliklər psixisamatozdur və burada yalnız kompleks müalicə effekt verə bilər. Yəni, insanın daxili ekologiyası, qidası və təfəkkürü təmizlənməlidir.
Uşaqlar valideynlərdən asılıdır deyə, ailədə olan psixoloji mühit və qidalanma çox önəmlidir. Beləliklə, uşaqlarda olan onkoloji xəstəliklərin müalicəsi üçün ilk öncə ətrafdakı ekoloji duurm düzəlməlidir. Məsələn, qəti şəkildə qadağandır: şirin qidalar, ət məhsulları, un məmulatları və s. Rəsmi onkologiyada bunlara diqqət yetirilmir. Burada ancaq cərrahiyə və kimyaşüa üsulları ətrafında dövr edirlər".
Ayşən Vəli