"Dəyişən dünyada, bizim dəyişməyən dəyərlərimiz olmalıdır" - MÜSAHİBƏ

16 Fevral 2023 13:21 (UTC+04:00)

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun SİA-ya müsahibəni təqdim edir :

- Dini tərbiyə hansı yaşda başlamalıdır? Valideynlər dinitərbiyənin verilməsi ilə bağlı nələrə diqqət etməlidirlər ?

- Ümumiyyətlə tərbiyə ailədən başlayır. Çünki fərdinformalaşması prosesi ilkin olaraq ailədə başlayır, məktəbdədavam edir. Daha sonra isə insanlar müəyyən yaşa çatır vəverilən tərbiyə əsasında onların şəxsiyyəti formalaşmağabaşlayır. Dini tərbiyə də belədir və ailədə başlamalıdır. Amma təəssüf ki, cəmiyyətdə əksər ailələr diniməsələlərdən məlumatsızdırlar və hətta bəzən xurafataəsaslanan fikirlərə sahib olurlar. Əgər valideynlər öz övladlarına dini biliklər vermək istəyirlərsə, daha çox dininümumbəşəri prinsiplərini uşaqlara çatdırmalıdırlar. Lakin çoxzaman valideynlər məsələyə bu rakursdan yanaşmır və özsubyektiv dini fikirlərini uşaqlarının beyninə yeritməyəçalışırlar. Bu isə tamamilə yanlışdır. Valideynlər övladlarınınradikal dini qrupların təsiri altında qalmaması üçün dinixurafatdan və radikallıqdan uzaq bir şəkildə onlaraçatdırmalıdırlar.

- Məktəblərdə dini dərslərin keçirilməsinə ehtiyac var? Hansı siniflərdə artıq bu dərslər tədris olunmağabaşlaya bilər ?

- Din ilə əlaqəli dərslər istər Avropa təcrübəsində, istərsə dəŞərq təcrübəsinə baxsaq var. Qərb ölkələrində müəyyəndini dərslərin orta məktəblərdə tədris olunduğunu müşahidəedirik. Qardaş Türkiyədə də orta məktəblərdə dinlə əlaqəli fənlər tədris olunur. Əlbəttə ki, burada dini təhsil dedikdəhansısa dini ideyaların insanlara qəbul etdirilməsi deyil, cəmiyyətdə mövcud olan dinlər, onların əsasları haqqında təsviri məlumatların verilməsi nəzərdə tutulur. Azərbaycan cəmiyyətinin əksəriyyəti müsəlmanlardan ibarətdir. Ammamüsəlmanlarla yanaşı xristianlar və yəhudilər də yaşayır. Belə dərslərin əsas məqsədi islam başda olmaqla, xristian, yəhudilik və digər böyük dünya dinlərinin mahiyyətini, əsasprinsiplərini şagirdlərə çatdırmaqdır. Qeyd etmək lazımdır ki, dinin yeniyetmə və gənclərə olduğu kimi, ifratçılıqdan uzaq şəkildə çatdırılması onları həm də radikal dini qruplara qarşısığortalaya bilər. Digər bir tərəfdən isə onlar xurafatçılığa yönəlməzlər. Dini dərslərin tədrisi barəsində danışdıqdabəzi insanlar bizim dinin təbliğatını aparmaq istədiyimizidüşünürlər. Lakin bu belə deyil. Burada söhbət məhz təsviriməlumatların verilməsindən gedir. Bu dünya təcrübəsindədə mövcuddur.

Düzdür məktəbdə bəzi fənlərin daxilində din ilə bağlıməlumatlar verilir, amma bu kifayət deyil. Bu biliklərin istərkəmiyyət, istərsə də keyfiyyət baxımından artırılmasınaehtiyac var. Bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tərkibində fəaliyyət göstərən Azərbaycanİlahiyyat İnstitutu Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqedir”.

- Gənclərin mənəvi tərbiyəsində dinin rolu nə dərəcədəəhəmiyyət kəsb edir?

- Ümumiyyətlə dinlərin əsas məqsədi insanların mənəviyyatının və əxlaqının yüksəldilməsidir. Xüsusilə gənc nəslin yüksək mənəvi keyfiyyətlərə malik olması və mənəvidəyərlərinə sahib çıxması onların həm də yaxşı vətəndaşolmasını təmin edir. Müasir dünyada biz bir çox çağırışlarlaüz-üzəyək. Bu çağırışlardan biri də böyük mədəniyyətlərinkiçik mədəniyyətləri sıxışdırmasıdır. Burada böyükmədəniyyət dedikdə əsasən Qərb mədəniyyəti nəzərdətutulur. Bu gün Qərb mədəniyyətinin lokal mədəniyyətləriəritdiyi bir dövrdə yaşayırıq. Öz mədəniyyətimizə sahib çıxmaq istəyiriksə, mütləq şəkildə milli-mənəvi dəyərlərimizibilməli və qorumalıyıq.

Hazırda sürətlə dəyişən və qloballaşan bir dünyada yaşayrıq. Qloballaşmanı bir sel kimi düşünmək lazımdır; bu, elə bis seldir ki, qarşısına keçən zəif köklü mədəniyyətlərisilib-süpürür. Buna görə də bu sel qarşısında davam gətirmək üçün dəyişən dünyada dəyişməyən və kökü sabit olan dəyərlərimiz olmalıdır. Bu zaman biz öz mədəniyyətimizi qoruya bilər və başqa mədəniyyətlər içərisində əriməkdən qurtularıq. Düşünürəm ki, dinin və ümumilikdə mənəviyyatın insanlara verdiyi ən əsas keyfiyyətlər məhz bütün dövrlərə xitab edən sabit əxlaqi dəyərlərdir”.

- Hazırda Aİİ-ə qəbul səviyyəsi necədir? İl keçdikcəartım müşahidə olunur?

- Hər il Azərbaycan İlahiyyat İnstitutuna bakalavr təhsili üzrəiki ixtisasa uyğun olaraq tələbə qəbul olunur. Bu ixtisaslarİslamşünaslıq və Dinşünaslıqdır. Keçən il baş tutan qəbulzamanı bu ixtisasların hər biri üzrə 36 nəfər təhsil almağabaşladı. Bu il də eyni şəkildə hər iki ixtisas üzrə İstituta qəbul həyata keçiriləcəkdir. Bundan əlavə magistratura və doktorantura səviyyəsində də təhsil almaq mümkündür. Magistratura üzrə 5 ixtisaslaşma, doktorantura üzrə isə 2 ixtisasımız var.

Aİİ-də təkcə ölkə daxili deyil, xaricdən gələn tələbələrimiztəhsil alır. Eyni zamanda istitutun dünyanın müxtəlifölkələrinin institutları ilə əlaqələri və əməkdaşlıqlarımövcuddur. Bunun sayəsində biz tələbələrimizi 1 smestrlikxaricdə təhsil üçün göndəririk və bunun əksi də həyatakeçirilir. Bu cür mübadilə proqramlarımız mövcuddur. Xaricdən gələn tələbələrimiz üçün ingilis dilində də tədrisimkanları yaradılıb.

Tələbələrimiz arasında qızlar və oğlanlarımızın sayı deməkolar ki, bərabərdir. Lakin İslamşünaslıq ixtisasında oğlanlarüstünlük təşkil edir.

Məzun tələbələrimizdən artıq işlə təmin olunanları var. Bizdə əlimizdən gəldiyi qədəri ilə onların işlə təminolunmasında öz dəstəyimizi əsirgəmirik. Bundan əlavə əgərvakant yer olarsa, doktoranturanı müvəffəqiyyətlə bitirənlərininstitutda çalışma imkanları da olacaq.

- Rəcəb, Orucluq kimi dini aylarda tələbələr üçün hərhansı tədbirlər, layihələr hazırlanır? Hazırlanmaprosesində tələbələr də iştirak edir ?

- İslam dinində qəbul olunmuş mübarək aylar var. Bunlardanbiri də Ramazan ayıdır və bu ay ərzində müəyyən tədbirlərkeçiririk. Hansı ki, burada müəllim və tələbələr iştirak edirlər. Eyni zamanda əməkdaşlarımız və tələbələrimiz üçün azı birdəfə iftar süfrəsi təşkil edirik. Çalışırıq ki, Ramazan ayınınmahiyyətini tələbələrimizə tam və düzgün şəkildə izahedək”.

- Keçdiyimiz həftələrdə Aİİ-nin yaranmasının 5 ili tamamoldu. Beş il ərzində hansı uğurlara imza atılıb ?

- Əslində 5 il bir universitet üçün çox böyük bir tarix deyil. Amma yeni bir institut olmağımıza baxmayaraq, bu beş ildəAİİ kifayət qədər işlər görüb. Bunlardan ən önəmlisi isəkeyfiyyətli tədrisin təşkilidir. Biz yüksək səviyyədə tədrisitəşkil edə bilmişik. İlk məzunlarımızı keçən il yola saldıq vəonların bir qismi artıq öz fəaliyyətlərinə başlayıb.

Aİİ beş il ərzində dünyanın bir çox ölkələrinin ali təhsilocaqları ilə əməkdaşlıq qurub. Eyni zamanda xeyli saydabeynəlxalq konfranslar, simpoziumlar keçirilib. Bəzi mühümgünlərdə tələbələrimizlə birlikdə Azərbaycanın bölgələrinəsəfərlərimiz də baş tutub.

Keçən il baş tutan ilk məzun günümüz geniş şəkildə keçirildivə burada ictimaiyyətin önəmli şəxsləri iştirak etdilər”.