“Natvari Kxe” beynəlxalq fondu Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkən insanlara yardım məqsədilə fevralın 20-də Tbilisidə xeyriyyə konserti təşkil edəcək. SİA xəbər verir ki, bu barədə məşhur gürcü opera müğənnisi, fondun təsisçisi və rəhbəri Nino Surquladze Türkiyənin Tbilisidəki səfiri Ali Kaan Orbayla görüşdə məlumat verib.
Müğənni səfirlikdə açılan başsağlığı kitabına ürək sözlərini yazıb və səfirə başsağlığı verib. Nino Surquladze deyib ki, konsertdən əldə olunan vəsait hesabına zəlzələdən zərər çəkən insanlara humanitar yardım ediləcək.
Səfir Ali Kaan Orbay müğənniyə və “Natvari Kxe” fonduna göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.