Əməkdar artist Sevda Ələkbərzadənin 23 fevralda İstanbulda baş tutmalı olan konserti təxirə düşüb. SİA xəbər verir ki, bu barədə sənətçi instaqramda paylaşım edib. İfaçı Türkiyədə baş verən faciə ilə bağlı sözügedən tədbirin qeyri-müəyyən tarixə keçirildiyini vurğulayıb.