Azərbaycanda daha 24 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

15 Fevral 2023 20:36 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.

SİA Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 828 275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 038 nəfər müalicə olunaraq sağalıb, 10 099 nəfər vəfat edib, aktiv xəstə sayı 138 nəfərdir.

Ölkədə son sutka ərzində 1552, hazırkı dövrədək isə 7 509 420 test aparılıb.