"Bu bəhanənin arxasına sığınmaq lazım deyil" - "Gent"in baş məşqçisi

15 Fevral 2023 20:19 (UTC+04:00)

"Biz uçuşa görə yorğun deyilik. Bu bəhanənin arxasına sığınmaq lazım deyil". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Gent" komandasının baş məşqçisi Heyn Vanhazebru "Qarabağ"-"Gent" oyunundan öncə keçirilən mətbuat konfransında bildirib.

Baş məşqçi qeyd edib ki, yaxşı nəticə əldə etmək üçün biz var gücümüzlə çalışmalıyıq: "Biz sabah əlimizdən gələni edəcəyik ki, sabah qalib gələk. Qarabağ komandası hər il böyük Avropa komandalarına qarşı yaxşı oyun sərgiləyir. Komandadakı oyunçuları yaxşı tanımırıq. Lakin hər bir meydanda çox yaxşı performans göstərir".