"Sabah bizim üçün vacib oyunlardan biridir". Bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ" futbol oyunçusu Marko Yankoviç "Qarabağ"-"Gent" oyunundan əvvəl keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, sabaha qədər bir məşqimiz var: ""Gent" komandasına qarşı yaxşı mübarizə aparmaq istəyirik. Lakin bizi çox çətin oyun gözləyir. Əlimizdən gələni etməyə çalışacayıq".