"Rəqibin özünəməxsus oyun təzri var" - BAŞ MƏŞQÇİ DANIŞDI

15 Fevral 2023 18:06 (UTC+04:00)

"Sabah bizim üçün önəmli oyunlardan biridir. Çox istərdik ki, keçən ilkindən daha yaxşı oyun göstərək və daha yaxşı nəticələr əldə edək". Bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov "Qarabağ"-"Gent" oyunundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, qarşımızdakı rəqibin özünəməxsus oyun tərzi var. Çox istərdik ki, yaxşı nəticələr ilə öz azərkeşlərimizi sevindirək. Rəqib komandaya qarşı riskə getməliyik. Hər bir addımımızda diqqətli olmalıyıq. Təbii ki ilk oyundur bunun üçündə hansısa epizodlarda çatışmazlıqlar ola bilər.