Xarici repçi Post Maloneyə Avstraliyanın yüksək səviyyəli barına girişi qadağan edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun müəssisənin geyim koduna əməl etməməsi göstərilib.
O, “Döymələrimə görə məni rədd etdilər. Mən heç vaxt belə bir şey yaşamamışam”, – deyib.
Qurumun qaydalarına əsasən, “üz, boyun və təhqiredici döymələri olan” ziyarətçilər içəri buraxılmır. Bara qadağa qoyulandan sonra reper yaxınlıqdakı başqa kluba yollanıb, burada pərəstişkarlarını içkilərlə qonaq edib və altı günlük milli turnesinin sonunu qeyd edib.