Zəlzələ qurbanlarının əşyalarını oğurlayan 7 nəfər tutulub

15 Fevral 2023 10:40 (UTC+04:00)

Adanada zəlzələ qurbanlarının əşyalarını oğurlayan biri qadın olmaqla 7 nəfər saxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Adana Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsi xüsusilə zəlzələdən sonra mənzillərin boşaldılması ilə bağlı tədbirləri gücləndirib. Bu tədbirlər çərçivəsində evlərdən və qapalı iş yerlərindən pul, qızıl-zinət əşyaları və elektron əşyalar oğurlamış 7 nəfər tutulub.

Polis şübhəliləri təhlükəsiz yerə aparıb və ifadələrini alıb. Şübhəlilər ifadələrinin ardından ədliyyəyə sövq edilib.