Dünyaca məşhur pop musiqi sənətçisi Madonna da Türkiyədə baş verən zəlzələ fəlakətinə səssiz qalmayan adlardan olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "İnstaqram" hesabında paylaşım edən Madonna bu ifadələrdən istifadə edib: "Sevgililər günündə hamı Sevgidən danışır! Gəlin bütün sevgimizi, şəfa enerjimizi bu böyük zəlzələdə böyük dağıntılar və itkilər yaşayan Türkiyə və Suriyaya göndərək. 33 min 181 nəfər həyatını itirdi. Orada çoxlu insan evini və işini itirdi. Yaxınlarından danışmağa belə gərək yox. Bütün şəhərlər yer üzündən silindi. Ürək parçalayır! Yardım etmək üçün ən yaxşı ünvan – ahbap.org".