Tanınmış prodüser Təranə Səmədova növbəti dəfə həbs olunub. SİA xəbər verir ki, prodüser hədə-qorxu və tələbetmə maddəsi ilə həbs olunub. Prodüser təcridxanaya aparılıb.
Onun 5 ildən 10 ilədək həbsi gözlənilir. Prodüserin iki övladı isə dövlətin himayəsinə verilib. Hazırda istintaq davam edir.
Qeyd edək ki, T. Səmədova daha əvvəl də həbs həyatı yaşayıb.