Rumıniya səmasında şarabənzər şübhəli obyekt görünüb

14 Fevral 2023 20:39 (UTC+04:00)

Rumıniyada səmada 11 min metr hündürlükdə şarabənzər naməlum obyekt görünüb.

SİA-nın əldə etdiyi məlumata görə, Rumıniya Hərbi Hava Qüvvələrinin hava müşahidə sistemi ölkənin cənub-şərqində hava zonduna bənzər xüsusiyyətlərə malik kiçik hava hədəfi aşkar ediblər. Ölkənin müdafiə nazirliyi bildirib ki, Hərbi Hava Qüvvələri məxsus iki MiQ-21 LanceR təyyarəsinin ekipajları hava hədəfinin nə vizual olaraq, nə də radarlarda olduğunu təsdiqləməyiblər. Təyyarələr təxminən 30 dəqiqə ərazidə havada olub, sonra onlar aviabazaya qayıdıblar.