Qazaxıstan prezidenti Kasım Cömert Tokayev Türkiyədə gecə-gündüz axtarış-xilasetmə işlərində iştirak edən komandada üzvlərinə ölkəyə qayıtdıqdan sonra dövlət medalı veriləcəyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tokayev Akmola vilayətində təlim səfəri çərçivəsində Mülki Müdafiə Akademiyasının tələbələri ilə görüşüb.
Prezident Tokayev buradakı çıxışında, "Bilirsiniz, bu yaxınlarda Türkiyədə dağıdıcı zəlzələ baş verdi. Mənim göstərişimlə Qazaxıstandan axtarış-xilasetmə və səhiyyə işçilərindən ibarət qrup qardaş ölkəyə göndərildi. Komandamız çoxlu insana kömək etdi",- deyib. Türkiyədə gecə-gündüz axtarış-xilasetmə işlərində çalışan Qazaxıstan komandasına təşəkkürünü bildirmək istədiyini qeyd edən Tokayev, “Sağ-salamat vətənlərinə qayıtdıqdan sonra onların hamısı dövlət medalına layiq görüləcək” ifadələrini işlədib.