Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra yardım edən ölkələrin arasında Qırğızıstan da var. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kahramanmaraşda zəlzələ qurbanları üçün Qırğızıstan tərəfindən göndərilən 127 çadır qurulmağa başlanıb.
Çadırların qurulmasında Qırğızıstandan gələn komandaya Türkiyədə yaşayan qırğızlar dəstək vermək məqsədi ilə Qırğızıstanın Ankaradakı səfiri Ruslan Kazakpayev də iştirak edib.