“Azərbaycanda energetika sahəsində əhəmiyyətli işlər görülür” . - AHİK SƏDRİ DANIŞDI

14 Fevral 2023 14:51 (UTC+04:00)

Enerji məsələsi bu gün dünyada ən aktualmövzulardandır, hər bir dövlət özünün enerjitəhlükəsizliyinə xüsusi diqqət ayırır. Ulu Öndər HeydərƏliyev tərəfindən müəyyən olunmuş Azərbaycanınenerji strategiyası ölkəmizi bu sahədə lider dövlətlərsırasına yüksəldib. Fəxarətlə deyə bilərik ki, busiyasətin dövlətimizin başçısı cənab İlham Əliyevtərəfindən uğurla davam etdirilməsi sayəsindəAzərbaycan enerji tələbatını özünün daxili imkanlarıhesabına tam şəkildə ödəyir və ixrac imkanlarıyüksəlir. Həmçinin son zamanlar dünyada baş verənhadisələr fonunda enerji məsələsinin xüsusilə gündəməgəlməsi ölkəmizin bu sahədə siyasətinin doğruluğunuvə əhəmiyyətini bir daha ortaya qoymuş oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının (AHİK) sədri, Milli Məclisindeputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevinrəhbərliyi ilə ölkəmizin enerji dayanıqlılığının təminolunması istiqamətində daha bir uğura imza atıldı: “Belə ki, fevralın 13-də müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasınıntəməlqoyma mərasimi keçirildi. Bu ölkəmizin enerjitələbatının ən yüksək səviyyədə ödənilməsinə, ixracpotensialının genişlənməsinə böyük töhfələr verəcək. Həmçinin ekspertlərin hesablamalarına görə, İstilikElektrik Stansiyası istifadəyə verildikdən sonratəxminən bir milyard kubmetrə yaxın mavi qaza qənaətolunacaq. Təbii ki, bu da ölkəmizin mavi qaz ixracınıartıracaq, ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək. Eləcə də stansiyanın qurulması yeni iş yerlərininaçılmasına, o cümlədən Mingəçevirdə məşğulluğunartmasına, şəhərin sosial-iqtisadi inkişafına gətiribçıxaracaq”.

“Azərbaycan energetika sahəsində böyük uğurlara imzaatmaqdadır. Bu istiqamətdə ölkəmizin malik olduğubütün potensial yüksək dəyərləndirilir, yeni-yenilayihələr həyata keçirilir. Ötən il 240 meqavat gücündə"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının və 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasınıntəməlləri qoyuldu. Ümumilikdə bu cür layihələrinicrası, uğurla tamamlanması ölkəmizin iqtisadi gücünüəks etdirir”, - Milli Məclisin deputatı deyib.

“Stansiyanın tikintisində İtaliyanın və Çinin şirkətləriiştirak edəcək. Məlumdur ki, hər iki ölkə iləAzərbaycanın geniş əlaqələri mövcudur, bir çoxsahələrdə əməkdaşlıq genişlənir. Xüsusi ilə vurğulayımki, Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində vacibölkələrdəndir, münasibətlərimiz strateji tərəfdaşlıqsəviyyəsinə yüksəlib. Vətən müharibəsi zamanı bu ölkəAzərbaycanla həmrəylik nümayiş etdirdi. Bu günişğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağdaİtaliya şirkətləri abadlıq-quruculuq işlərində yaxındaniştirak edir”, - AHİK sədri qeyd edib.