Türkiyədə baş verən məlum zəlzələ nəticəsində dünyanın bir çox ölkələrindən yardım heyəti zəlzələ baş verən əraziyə yollanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə baş verən zəlzələ fəlakətindən sonra Adıyamanda axtarış-xilasetmə işlərinə dəstək verən ABŞ axtarış-xilasetmə qrupunun üzvü Con Morrison bildirib ki, "Bu ölkənin inanılmaz dərəcədə dayanıqlı olduğunu bilmirdim".