Yasamal Bələdiyyəsi Türkiyəyə humanitar yardım göndərib - FOTOLAR

14 Fevral 2023 12:56 (UTC+04:00)

Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş insanlarasoydaşlarımızın yardım kampaniyası davam edir. Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Humanitar yardım kampaniyası çərçivəsində bu gün paytaxtın Yasamal bələdiyyəsinə aid yük avtomobili Türkiyəyə yola salınıb.

Yasamal bələdiyyəsnin sədri Tahir Məmmədov bildirib ki, göndərilən ləvazimatlar əsasən isti paltarlar, istilik vasitələri, uzun müddətli saxlanılması mümkün olan qidalar, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar və digər zəruri əşyalardır.

Onun sözlərinə görə, humanitar yardım kampaniyasına həm Yasamal rayonun sıravi sakinləri, həm də rayonda fəaliyyət göstərən sahibkarlar və vətəndaş cəmiyyətinin fəalları qoşulub. ”Bir millət, iki dövlət” şüarı ilə Yasamal Bələdiyyəsinin təşəbbüsü ilə toplanan humanitar yardım faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdırılacaq.