Müğənni haqqındakı iddialara cavab verdi

14 Fevral 2023 12:25 (UTC+04:00)

Ahbap Dərnəyinin qurucusu Haluk Levent sosial media hesabından ona qarşı irəli sürülən ittihamlarla bağlı açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin ilk günündən bu yana 10 əyalətdə işlərə yardım edən Haluk Levent, son günlər barəsində səslənən iddialara cavab verib.

Müğənni öz sosial media hesabında, “Dünən MHP-nin deputatları çadır şəhərimizə səfərə gəldilər. Düşünürəm ki, cənab Dövlət Baxçalının müşavirləri onu çaşdırıblar. Mən hər gün dövlət qurumları ilə işləyirəm və bunu yazıram. Qurumlararası əməkdaşlıq olmadan heç bir uğur əldə olunmur" şəklində açıqlama paylaşıb.