Azyaşlının ölüm faktı ilə bağlı araşdırma aparılır - BAŞ PROKURORLUQ

14 Fevral 2023 10:31 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu azyaşlının cərrahi əməliyyatdan əvvəl ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 13-də 2016-cı il təvəllüdlü Yağmur Məmmədovanın Qobustan Rayon Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan öncə ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.