Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq

14 Fevral 2023 10:27 (UTC+04:00)

Bu gün qadın şahmatçılar arasında Azərbaycan çempionatında XI turun görüşləri keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Hazırda 6,5 xala malik şahmatçılardan Səbinə İbrahimova, Gövhər Beydullayeva və Xanım Balacayeva müvafiq olaraq ilk "3-lük"də qərarlaşıblar. 5,5 xalı olan Nərmin Abdinova 4-cü, ondan yarım xal az toplayan Ayan Allahverdiyeva 5-ci sıradadır.

Xəyalə Abdulla ilə Gülnar Məmmədova 4,5 xalla 6-7-ci yerləri bölüşdürür. 4 xal toplayan Türkan Məmmədyarova 8-cidir.

Ləman Hacıyeva 3,5 xalla 9-cu, Zeynəb Məmmədyarova 2 xalla 10-cu, Nurtan Nuriyeva isə 1,5 xalla 11-ci pillədədir.

Azərbaycan çempionatı

XI tur

Nərmin Abdinova - Xanım Balacayeva

Gövhər Beydullayeva - Zeynəb Məmmədyarova

Gülnar Məmmədova - Ayan Allahverdiyeva

Xəyalə Abdulla - Ləman Hacıyeva

Türkan Məmmədyarova - Nurtan Nuriyeva