Məşhur cütlüyün dördüncü övladı doğulub

13 Fevral 2023 17:25 (UTC+04:00)

Məşhur Bleyk Layvli və Rayan Reynolds cütlüyünün dördüncü övladı doğulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aktrisa özü məlumat verib. Lakin o, uşağı haqda heç bir informasiya və görüntü paylaşmayıb.

Xatırladaq ki, amerikalı cütlük 2012-ci ildə evlənib. Onların Ceyms (7 yaş), İnez (6 yaş) və Betti (3 yaş) adlı üç övladı var.