18-19 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyi”-nin və “Türkiyə Kolon və Rektum Cərrahi Dərnəyi ”-nin birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə Kolorektal Cərrahiyyə Günləri” mövzusunda Beynəlxalq Elmi Konqres həyata keçiriləcək. SİA xəbər verir ki, 2 gün ərzində həyata keçiriləcək konqresdə Azərbaycan və Türkiyənin qabaqcıl özəl, dövlət və universitet xəstəxanalarının professor heyəti tərəfindən ümumilikdə 8 paneldə 23 məruzənin dinlənilməsi nəzərdə tutulur. Konqresin həm dinləyicilər həm də məruzəçilər arasında interaktiv müzakirələr şəklində həyata keçirilməsi planlaşdırılır. Proqrama uyğun olaraq konqres radioloq, terapevt, pediatr, ümumi cərrah, uşaq cərrahı, qastroenteroloq, şüa diaqnostikası üzrə həkim, təcili və təxirəsalınmaz tibbi yardım həkimi və onkoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
• Konqres Baku Marriott Boulevard otelində həyata keçiriləcək.
• Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 10 DTT balı və sertifikat veriləcək.
• Konfransda iştirak ödənişlidir!
• Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
• Qeydiyyat üçün (099) 885-23-06 və (099) 885-23-07 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.