Qaziantepdə baş verən zəlzələnin şiddəti ilə texniki xidmət stansiyasında park edilmiş 6 qatar relsdən çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İslahiye, Narlı, Türkoğlu, Nurdağı, Fevzipaşa yolları nəqliyyata bağlanıb: "Ölən və yaralanan olmasa da, işçi qruplarının relslərdəki işləri davam edir. Digər tərəfdən zəlzələnin təsiri ilə dağdan qopan qayalar Fevzipaşa istiqamətindəki qatar relslərinin üzərinə düşüb.