Biz insanlara hava, su kimi lazım olan bir mövzudan - sağlığımızı necə qorumaqdan, özümüz özümüzün necə həkimi ola bilərik, təbiətin bizə verdiklərindən sağlığımız üçün necə istifadə edə bilərik, bunlardan danışırıq. Bugünkü mövzumuz qlutationla bağlıdır. Sizə doktor Mehmet Uçarın faydalı məsləhətlərini təqdim edirik.
Son illər adını tez-tez eşitdiyiniz qlutation immunitet sistemini gücləndirmək üçün çox yaxşı bir antioksidandır.
Əslində bədənimizdəki hüceyrələrin təbii quruluşunda olan protein birləşməsi qlutation əsasən yaşlanma və qida çatışmazlığı səbəbindən zamanla azalır. Qaraciyər tərəfindən istehsal olunan qlutation hüceyrə zədələnməsinə qarşı maneə rolunu oynayır. Qaraciyəri kimyəvi maddələrdən təmizləmək qabiliyyətinə də malikdir.
Qlutationla zəngin qidalar hansılardır?
Bədənimizdəki qlutation ehtiyatlarını tərkibində qlutation olan qidalarla yüksəldə bilərik.
Qaraciyərdə qlutation istehsalını artırmağa kömək edən qidalar arasında kükürdlə zəngin sarımsaq, soğan, brokoli, kələm, vəzəri, gül kələm, brüssel kələmi, radika və şalgam var.
İspanaq, avokado, qulançar və bamya kimi qidalarda da qlutation çoxdur, lakin onların saxlanması və bişirilməsi zamanı qlutationin səviyyəsi azalır.
Tərkibində qlutation olan digər qidalara cəfəri, balqabaq, qreypfrut, yerkökü, kartof, qoz, fındıq, paxlalılar və kətan toxumu daxildir.
Qovun, pomidor, portağal, qarpız, qırmızı bibər, şaftalı, limon, manqo, banan, gül kələm, xiyar, alma, üzümdə də qlutation var.
Çiyələk, sitrus meyvələri, kivi və bolqar bibəri kimi C vitamini ilə zəngin qidalar da qlutation ehtiyatı üçün faydalı qidalardır.
Qırmızı ət, balıq, toyuq, yumurta, zərdab, süd və məhsulları da qlutation üçün mühüm mənbələrdir.
Qlutation istehsalını stimullaşdıran ədviyyatlar sarıkök, cirə, darçın, kardamon və qara zirədir.
Selenium isə qlutation istehsalı üçün vacib minerallardan biridir. Braziliya qozu, tuna, sardina, qızılbalıq, yumurta, kəsmik, qaraciyər, günəbaxan tumu, qəhvəyi düyü, buğda, soğan, sarımsaq, göbələk seleniumla zəngin qidalardır.
Qlutation çatışmazlığının səbəbləri nələrdir?
Qlutation çatışmazlığının əsas səbəbləri arasında düzgün qidalanmama, ətraf mühitin toksinləri, stress və yaşlanma yer alır. Xərçəng, diabet, Parkinson xəstəliyi və sarılıq kimi xəstəliklərdə də qlutation səviyyəsi aşağı olur. Yuxusuzluqla əlaqədar azalan qlutation əskikliyini isə müntəzəm olaraq və kifayət qədər istirahət etməklə artırmaq mümkündür.
Qlutation çatışmazlığının əlamətləri hansılardır?
Qlutation çatışmazlığının əlamətləri və simptomları bir insanın yüngül, orta və ya ağır xəstəlik keçirməsilə bağlı olur.
Yüngül dərəcədə qlutation çatışmazlığında əsas şikayət anemiyadır. Anemiyanın simptomları yorğunluq, solğun dəri, başgicəllənmə və nəfəs darlığıdır. Bəzi insanların dalağının gözləniləndən daha böyük olması da var.
Orta dərəcədə qlutation çatışmazlığının simptomlarına ürəkbulanma, qusma və yorğunluq daxildir.
Ağır qlutation çatışmazlığı beyinə təsir edərək nevroloji problemlərə səbəb ola bilir. Nevroloji problemlərə növbələr, zehni hərəkətləri koordinasiya etməkdə zorluq, inkişaf ləngiməsi və danışmada çətinliklər aiddir.
Şiddətli qlutation çatışmazlığı bəzi uşaqlarda çox sərt əzələlərə səbəb olur, təkrarlanan bakterial infeksiya riskini artırır, gözlərə mənfi təsir edir.
Qlutationun müalicəsi hansı xəstəliklər üçün yaxşıdır?
Qlutation terapiyası nə zaman faydalıdır, sadalayaq:
• immunitet sistemini dəstəkləmək üçün,
• canlandırıcı C və E vitaminləri,
• sərbəst radikalların parçalanması,
• bir sıra fermentlərin aktivləşdirilməsi,
• yağların parçalanması üçün qaraciyər və öd kisəsini dəstəkləmək,
• metabolik toksinlər,
• DNT-nin formalaşması və zədələrinin bərbası,
• infarkt, ateroskleroz kimi ürək-damar xəstəlikləri,
• yüksək xolesterin,
• oynaq revmatizmi,
• yoluxucu xəstəliklər,
• xərçəng,
• alzheimer,
• Parkinson,
• şəkərli diabet,
• oynaqların kalsifikasiyası (osteoartrit),
• katarakta,
• astma,
• sarılıq,
• xroniki yorğunluq sindromu,
• damar tıxanıqlığı,
• bağırsaq iltihabı,
• qlaukoma və
• ümumi qaraciyər xəstəlikləri.
Qlutationun faydalarını nəzərə alsaq, ən böyük payı onun antioksidan xüsusiyyətləri ilə bağlıdır. Çünki antioksidantlar bədəndə sərbəst radikalların inkişafı nəticəsində yaranan korroziyaya qarşı qalxanlı döyüşçüdür. Mütəxəssislər hesab edir ki, sərbəst radikalların mövcudluğu uzunmüddətli perspektivdə xərçəng, otoimmun, katarakta, revmatizm, ürək-damar və sinir xəstəliklərinə yol açır.
Parkinson və Alzheimer kimi sinir zədələnməsi olan xəstəliklər üçün qida ilə alınan qlutation məsləhətdir.
Qlutation müalicəsi nə vaxt edilir?
Qlutation terapiyası qlutation çatışmazlığı zamanı və həkim nəzarəti altında həyata keçirilir. Ağızdan həb (tablet) və ya qlutation sistem iynə (serum) şəklində venadaxili tətbiq olunur. Qlutation əlavəsi həkim tərəfindən uyğun hesab edilən dozalarda verilir.
Qlutationun zərəri varmı?
Qlutation əlavələrində yan təsirlər baş verə bilər. Bunlar əsasən qarın sancıları və şişkinlikdir.
Bəzi insanlarda tənəffüs çətinliyi və allergik reaksiyalar ola bilir. Astma xəstələri üçün qlutationun inhalyasiyası əlverişsizdir.
Uzunmüddətli qlutation qəbulu sink dəyərlərini azaldır.
Hamilə və laktasiya edən (süd verən) qadınlar qlutation qəbul etməməlidir.