İsrail terrorla mübarizəni genişləndirir

12 Fevral 2023 17:46 (UTC+04:00)

İsrailin baş naziri Benyamin Netanyahu terrorçuluqla mübarizə əməliyyatlarının genişləndirilməsi anonsunu verib. SİA İsrail mətbuatına istinadən xəbər verir ki, o, məsələ ilə bağlı geniştərkibli toplantı keçiriləcəyini açıqlayıb.

"Bu gün hərbi-siyasi kabinənin toplantısını keçirəcəyəm", - deyə Netanyahu bildirib.

Qeyd edək ki, bu yaxınlarda Yerusəlimdəki (Qüds) sinaqoqlardan birinə terror hücumu baş vermişdi.