Şəmkirdə yol-nəqliyyat hadisəsi olub

12 Fevral 2023 17:43 (UTC+04:00)

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA xəbər verir ki, hadisə rayonun Kür Qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində, sürücülərdən biri - 1984-cü il təvəllüdlü Ramiz Qəhrəmanov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.