"Qəbələ"nin sabiq məşqçisi vəfat edib

12 Fevral 2023 17:39 (UTC+04:00)

"İnkenderunspor" klubunun qapıçılarla işləyən məşqçisi Uğur Kurt Türkiyədəki zəlzələ nəticəsində vəfat edib. SİA xəbər verir ki, bu barədə tanınmış jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2009 - 2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında çalışıb.