"Səbail" "Zirə"ni məğlub edib

12 Fevral 2023 17:03 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib. SİA xəbər verir ki, günün ilk matçında "Səbail" "Zirə"ni qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Dənizçilər"in heyətində 48-ci dəqiqədə David Qomis, 78-ci dəqiqədə Mirabdulla Abbasov fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Səbail" 7-ci pillədəki "Şamaxı"ya çatıb. "Qartallar" isə 32 xalla 4-cü sıradadır.