Qətər əmiri Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

12 Fevral 2023 16:09 (UTC+04:00)

Türkiyədə səfərdə olan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. SİA bu barədə "Haber Global"a istinadən xəbər verir.

İki ölkə lideri Ankaradakı Vahdettin iqamətgahında bir araya gəliblər.

Qeyd edək ki, Qətər əmiri zəlzələdən sonra Türkiyəyə səfər edən ilk dövlət başçısıdır.