Yunan nazir qonaqpərvərliyinə görə Türkiyəyə təşəkkür edib

12 Fevral 2023 14:45 (UTC+04:00)

“Avropadan gələn, eləcə də yunanıstanlı xilasedicilərin bu ağır günlərdə Türkiyəyə dəstəyindən qürur duyuruq”. SİA xəbər verir ki, bunu Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendias xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündən sonra mətbuata açıqlama verərkən deyib.

Yunan nazir deyib ki, Niderlanddan və Avstriyadan gələn xilasedicilərlə görüşüb, ümumi vəziyyəti müzakirə ediblər.

Nikos Dendias Yunanıstanın dəstəyini qəbul etdiyinə görə Türkiyəyə təşəkkürünü bildirib: “Bu zor günlərdə belə Türkiyənin bizə göstərdiyi qonaqpərvərliyinə görə təşəkkür edirəm”.