Türkiyədə baş vermis zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin fevralın 8-dən Bakı İdman Sarayında başlatdığı humanitar kampaniya çərçivəsində toplanan yardımın daha bir hissəsi bu gün səhər faciə bölgəsinə yola salınıb. SİA xəbər verir ki, bu barədə Heydər Əliyev Fondundan bildirilib.