152 saat sonra dağıntılar altından qadın və 8 yaşlı uşaq sağ çıxarılıb

12 Fevral 2023 13:43 (UTC+04:00)

Türkiyədə 152 saat sonra dağıntılar altından qadın və 8 yaşlı uşaq sağ çıxarılıb. SİA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Adıyamanda 8 mərtəbəli binanın 4-cü mərtəbəsində dağıntılar altında qalan 8 yaşlı Hacı Ahmet Eyici xilas edilib.

Bununla yanaşı, Elitaş Mahallesi deyilən ərazidə dağıntılar altında qalan 22 yaşlı Rəbiyə adlı qadın xilas olub.

İlkin tibbi yardımdan sonra hər ikisi xəstəxanaya aparılıb.