Daha bir ölkədə zəlzələ oldu

12 Fevral 2023 12:58 (UTC+04:00)

Gürcüstanda zəlzələ hadisəsi qeydə alınıb. SİA "Sputnik Georgia"ya istinadən xəbər verir ki, ölkənin qərbində 2 yeraltı təkan olub.

Belə ki, Qomi yaşayış məntəqəsində əvvəlcə Rixter şkalası ilə 4,6, sonra isə 3,6 bal gücündə zəlzələlər baş verib.

İtki və dağıntılarla bağlı məlumat verilməyib.