3 yaşlı qız uşağı 150 saat sonra dağıntılar altından sağ çıxarılıb

12 Fevral 2023 12:05 (UTC+04:00)

Türkiyədə xilasetmə əməliyyatlar nəticəsində Hatay bölgəsində 150 saat sonra dağıntılar altından 3 yaşlı qız uşağı sağ çıxarılıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə bildirib.

Hazırda güclü dağıntılara səbəb olan zəlzələlərdən sonra bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.