Türkiyə səfiri Azərbaycanın aviaşirkətinə təşəkkür edib

12 Fevral 2023 12:02 (UTC+04:00)

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycanın hava kargo “SilkWay” şirkətinə təşəkkür edib. SİA xəbər verir ki, səfir bu barədə tviter hesabında paylaşım edib.

“Dünyanın hər yerindən zəlzələ bölgəmizə humanitar yardımların daşınmasında böyük əməyi olan qardaş Azərbaycanın hava kargo “SilkWay” şirkətinə təşəkkür edirik”, - səfir yazıb.