Liqalarda çıxışını dayandıran komandalara texniki məğlubiyyət veriləcək

12 Fevral 2023 10:47 (UTC+04:00)

"Hatayspor" və "Qaziantep"in ölkədə baş vermiş zəlzələ səbəbindən cari mövsüm Türkiyə Super Liqasında mübarizə aparmayacağı təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

Bundan əlavə, "Malatyaspor" və "Adanaspor"un I Liqada, "Adıyaman"ın II Liqada, "Niğde Anadolu" və "Malatya Arguvanspor"un III Liqada çıxış etməyəcəyi bildirilib.

Bu komandalara fevralın 6-dan etibarən bütün oyunlarda texniki məğlubiyyət (0:3 hesablı) veriləcək.

Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarda mübarizə apara biləcəkər.