Xilasetmə işlərinə cəlb olunan hərbçilərdən 4 nəfər həlak olub

12 Fevral 2023 10:19 (UTC+04:00)

Türkiyədə zəlzələ bölgəsində xilasetmə işlərinə cəlb olunan hərbçilərdən 4 nəfər həlak olub, 54-ü isə yaralanıb. SİA xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar məlumat verib.

O bildirib ki, zəlzələ bölgəsində 25 067 ordu mənsubu çalışır.

Nazirin sözlərinə görə, bölgəyə 63 təyyarə və 57 helikopter cəlb olunub, müvafiq olaraq 707 və 710 uçuş həyata keçirilib.