Ana və övladı zəlzələdən 141 saat sonra xilas edilib

12 Fevral 2023 09:59 (UTC+04:00)

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda altımərtəbəli binanın dağıntıları altından ana və övladı sağ çıxarılıb. SİA xəbər verir ki, ana və övladın axtarış-xilasetmə əməliyyatı 9 saat davam edib.

Bildirilib ki, onlar zəlzələdən 141 saat sonra dağıntılar altından xilas ediliblər.

Həkimlərin ilkin yardımından sonra ana və övladı xəstəxanaya qaldırılıblar.